EKOLOGİYA
Qlobal təkrar emal günü ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir.
2018-ci ildən etibarən hər il qeyd olunan Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 17 mart 2024-cü il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.