Ana səhifə›
EKOLOGİYA
›
Bu rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EKOLOGİYA
Bu rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya
AMP
Aprelin 14-ü gündüz gündüz şimal və qərb rayonlardan başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.Ekologiya.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusilə də Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Balakən-Şəki, Quba-Qusar və Mərkəzi Aran rayonlarında yağışların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərə qar yağacağı ehtimalı var.