Qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcək - Dövlət Ekoloji Ekspertiza Agentliyi
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri üzrə müxtəlif ünvanlarda qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcəkdir.
23 noyabr 2023-cü il tarixdə saat 15:00-da Agentliyin inzibati binasının konfrans zalında ekoloqların, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçiriləcək tədbirdə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi nəzərdə tutulur.
Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti 10 ünvanı)
Paylaş:
Tam mətni oxu →