İstifadəyə yararsız elektrik batareyaların təhhvil verilməsi davam etdirilir
Ekologiya.az bildirir ki, İstifadəyə yararsız elektrik batareyaların çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
Batareyaların tərkibindəki ağır metallar və digər zəhərli komponentlər ətraf mühitə və insan sağlamlığına potensial təhlükə yaradır.