Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyası - FOTO
ETSN, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində keçirilib.
Aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, 400 kiloqrama yaxın tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.