Ana səhifə›
EKOLOGİYA
›
COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - YENİLƏNİB
EKOLOGİYA
COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - YENİLƏNİB
Ekologiya
AMP
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün könüllük proqramına qeydiyyat başa çatıb.“Report” xəbər verir ki, COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar.Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat dünən saat 23:00-da başa çatıb.