Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib
5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Təbiətin harayı” adlı maarifləndirici tədbir keçirilib.
Ekologiya.az bildirir ki, tədbir zamanı iştirakçılara Nazirliyin mütəxəssisləri tərəfindən Ümumdünya Ətraf Mühit Gününün keçirilməsinin əhəmiyyəti, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, ekoloji maarifləndirmə və təbliğat işlərinin vacibliyi barədə məlumatlar verilib.