Tam versiya
Ana səhifə EKOLOGİYA Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir
EKOLOGİYA

Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir


COP29-a hazırlıqda ən böyük çətinliklərimizdən biri müddətin az olması idi. Buna baxmayaraq, indiyə qədər görülən işlər təyin edilən vaxta uyğun gedir.


Bunu jurnalistlərə açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.


“COP29-a hazırlıq mərhələsini sessiyadan əvvəl və sonrakı mərhələlərə bölsək görərik ki, aparılan işlər öz qaydasında irəliləyir. Bundan sonrakı mərhələlər üçün də planlarımız, “Yol xəritəmiz” hazırdır”, - deyə nazir müavini qeyd edib.

Paylaş:
Tam mətni oxu →