Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırdı vəzifəli şəxsə protokol tərtib edildi
İmişli şəhər tullantı poliqonunun yerləşdiyi ərazidə tullantıların yandırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma nəticəsində İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması, poliqon ərazisinin hasarlanmaması, tullantılarla bağlı istehsalat tələblərinin pozulması faktları aşkar edildiyinə görə İmişli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib olunub.