“Tullantıları ekoçantaya dəyiş” aksiyasına start verilib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Bakı şəhəri Xətai rayonunda yerləşən Araz supermarketin qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 425 litr olan plastik, 40 litr tutumu olan şüşə butulka və 475 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.