Tam versiya
Ana səhifə EKOLOGİYA COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
EKOLOGİYA

COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) komandası Macarıstanın paytaxtı Budapeştdə ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.

“Report” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Budapeştdə keçirilən ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə COP29 komandası qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün erkən tədbirlərin əhəmiyyətindən və noyabrda keçiriləcək iqlim konfransı öncəsi strateji prioritetlərdən danışıb”, - paylaşımda qeyd edilib.


Paylaş:
Tam mətni oxu →