Tam versiya
Ana səhifə EKOLOGİYA DİQQƏT! Qorxulu hava şəraitindən özünüzü qoruyun - Səbəbi BƏLLİ OLDU
EKOLOGİYA

DİQQƏT! Qorxulu hava şəraitindən özünüzü qoruyun - Səbəbi BƏLLİ OLDU


Bu gün qardaş ölkə Türkiyənin əhali sayı ən çox olan şəhəri İstanbulda İstanbulda havanın tərkibində rütubətin miqdar rekord həddə çatıb. Belə ki, şəhərəin bəzi qəsəbələrində isti hava ilə müşayiət olunan rütubət 100 faizə çatıb.


Son məlumatlara görə hazırda Bakıda havada nəmin miqdarı 50 faiz təşkil edir ki, bu da boğucu havaya səbəb olur və bir çox insanlara mənfi təsir göstərir. Hazırda İstanbulda isə bu göstərici daha yüksəkdir. Orada nəmin miqdarl 100 faizdir.


Bunun Azərbaycana da təsiri ola bilər? Azərbaycanda da nəm miqdarının maksimum həddə çatması gözləniləndir? Ümumilikdə hər iki ölkədə nəm miqdarının bu qədər artmasına səbəb nədir?


Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bildirib ki, havanın tərkibində rütubətin miqdarı havanın şəraitindən və coğrafi mövqedən asılıdır.




“Hazırda Bakıda müşahidə olunan rütubətin miqdarı, əslində, normaldır. Havanın tərkibindəki 40-50 faiz rütubətin olması insan sağlamlığı üçün normal hesab olunur. Bu faiz tədricən 70-80-ə çatdıqda bu artıq sağlamlıq üçün təhlükəli hesab oluna bilər. Elə zonalar var ki, orada daimi olaraq havanın nəmliliyi 70-80 faizdən aşağı düşmür. Bu, əsasən, ekvatorial qurşaqda yerləşən ərazilərdə yerləşən ərazilər üçün səciyyəvidir”.


Ekspert qeyd edib ki, nisbi rütubət göstəriciləri yüksək olan ərazilərdə insanlar arasında daim sürən xəstəliklərə rast gəlinir.


“Quru subtropiklərdə isə rütubət göstəricisi çox da artmır. Normalara uyğun 35-45 faiz arası olur ki, bu da həyat şəraiti və insan sağlamlığı üçün ən gözəl göstəricidir. Bakı şəhəri Xəzər dənizi kimi nəhəng su hövzəsinin sahilində yerləşdiyinə görə müşahidə olunan ümumi orta rütubət faizi normaldır. İsti havanın müşahidə olunduğu günlərdə Xəzərdən su buxarlanır və nəticədə havada rütubətin miqdarı nisbətən artır. Bəzən isə külək olmayan, durğun havanın müşahidə olunduğu günlərdə Bakıda nisbi rütubət 70 faizədək artır ki, bu da qorxulu vəziyyət yaradır”.


Paylaş:
Tam mətni oxu →