18.07.2024- cü il tarixində Lənkəran rayonu vətəndaşların istirahəti üçün ayrılmış ərazidə- " Sonalar bağı"nda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları " Təmiz ölkəm" növbəti təmizlik aksiyasını keçirmişdirlər.
Ekologiya.az bildirir ki, aksiyaya könüllü olaraq ərazidə istirahət edən gənc fəallar qoşulmuş və 10 nəfərin iştirakı ilə 80 kq bərk məişət və plastik tullantılar toplanaraq, əraziyə yaxın yerləşən Lənkəran rayonu Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təhvil verilmişdir.