Ana səhifə›
EKOLOGİYA
›
Paytaxtda külək güclənib, bölgələrdə leysan olub – RƏSMİ
EKOLOGİYA
Paytaxtda külək güclənib, bölgələrdə leysan olub – RƏSMİ
Ekologiya
AMP
İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunmaqdadır.Bu barədə Ekologiya.az-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağıb.Sarıbaşda(Qax), Qrızda duman var. Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.İyulun 27-si gecə saatlarına olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir. Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxıb, leysan olub sel keçib.Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.