Ana səhifə›
EKOLOGİYA
›
Bakıda COP29-un başlamasına cəmi 100 gün qalıb
EKOLOGİYA
Bakıda COP29-un başlamasına cəmi 100 gün qalıb
Ekologiya
AMP
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının himayəsi altında Bakıda keçiriləcək Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanmasına cəmi 100 gün qalıb."Report" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında bildirilib."Bakıda COP29-un başlanmasına cəmi 100 gün qalıb! COP29-un rəsmi saytına daxil olun ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı haqqında daha çox məlumat əldə edəsiniz və siz və təşkilatınızın necə iştirak edə biləcəyini öyrənəsiniz. Hər bir kəsin səyləri dünyanı yaxşıya doğru dəyişə bilər!", – məlumatda qeyd olunub.Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.