Tam versiya
Ana səhifə EKOLOGİYA COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
EKOLOGİYA

COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib


COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qırğızıstanlı nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib.

Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un

sosial şəbəkə hesabında bildirilib.“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-dan əvvəl Qırğız Respublikasından olan nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini və iqlimlə bağlı tədbirlərə ehtiyacı müzakirə edib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.

Paylaş:
Tam mətni oxu →