COP-un BMT başda olmaqla digər qlobal təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir - RƏY
“İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya tədbirləri üçün daha çox maliyyə dəstəyi təmin etmək məqsədi ilə yeni maliyyə mexanizmlərinin və öhdəliklərin qəbul edilməsi gözlənilir. Eyni zamanda, iqlim texnologiyalarının inkişafı və yayılması sahəsində beynəlxalq əməkdaşlığın artırılması gözlənilir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllərin və texnologiyaların tətbiqini təşviq edəcək. Bu gözləntilər, COP29-un qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirmək və davamlı inkişaf məqsədlərinə çatmaq üçün vacib bir platforma olduğunu göstərir”.
S.Qurbanov qeyd edib ki, COP-un BMT başda olmaqla digər qlobal təşkilatlar ilə əlaqələri çox yaxşıdır və inkişaf xətti boyunca irəliləyir: