Bu bün Dənizkənarı Milli Parkda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın Milli parklarının tanıtımı” adlı tədbir keçirilib.
Tədbir gələn qonaqlar tərəfindən geniş marağa səbəb oldu ki, buna da ən çox sevinən uşaqlar olub. Tədbir ərazisində müxtəlif ekoloji viktorinalar keçirildi və qazanan şəxslərə kitablar müxtəlif tanıtım xarakterli hədiyyələr təqdim edilib. Baş tutan tədbirdə gələn qonaqlar Milli parkların tanıtımını əks etdirən stendləri gəzdilər və ölkəmizdəki Milli parklarla virtual tanışlıq imkanı qazandılar. Hər bir stendin qarşısında Milli parklarla bağla geniş məlumat lövhələri mövcud idi. Eyni zamanda həmin ərazilərin flora və faunasına aid tanışlıq guşələri də yer almışdır.
"Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında baş tutan tədbirdə parklara aid videoçarxlar nümayiş etdirildi, ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin nümunələri də qonaqlara göstərilirdi. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi və əməkdaşları, Mətbuat xidmətinin rəisi və əməkdaşları, Milii parkların rəhbərləri və əməkdaşları da iştirak edidiblər.
Tədbirdə eyni zamanda Ekologiya Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov da iştirak edib. Nazir müavini Milli parklarla bağlı stendləri gəzərək hər bir bölməyə xüsusi diqqət göstərmiş və Milli prkların rəhbər və əməkdşları ilə geniş söhbətlər aparmışdır. Tədbirin sonunda isə nazir müavini Milli parklarla bağlı kitab hədiyyə edilib.
Ekologiya.az-ın əməkdaşları bu tədbirdə xüsusi iştirak edərək hər bir stendlərlə tanış olub ayrıca məlumatlar alıblar.
Məleykə Paşayeva
Ekologiya.az