Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30 sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək.
COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim dəyişmələri ilə mübarizə sahəsində həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan tərəfindən görülən genişmiqyaslı işləri, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçün beynəlxalq əməkdaşlığın təşviqini ön plana çəkəcək", - deyə məlumatda qeyd edilib.
Məlumatda vurğulanıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini sürətləndirmək üçün dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti əhəmiyyətli mərhələdir. İqlim Fəaliyyəti Həftəsi siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi cəlb etməklə yanaşı, Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərini həll etmək və “yaşıl” keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı platforma olacaqdır.
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib ki, Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi ölkəmizdə iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti mühüm mərhələdir:
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə vurğulayıb ki, həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçün maraqlı və önəmli bir ildə bu cür genişmiqyaslı və yüksək profilli tədbiri təşkil və idarə etmək bizim üçün qürurverici vəzifədir:
London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində göstərdiyi səylərə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey bildirib ki, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu və onun komandasını 22-30 iyun 2024-cü il tarixlərində Londonda keçirilmiş İqlim Fəaliyyəti Həftəsində qəbul etdikləri üçün məmnundurlar:
Bakı İqlim Fəaliyyəti Həftəsinin proqram direktoru Malini Mehri isə qeyd edib ki, dünya ictimaiyyətinin də görəcəyi kimi, Bakı qeyri-adi gözəlliyi olan və “yaşıl” keçid tarixində mühüm rol oynayacaq bir şəhərdir.:
Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və Kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar” olacaq. Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isə incəsənət və mədəniyyət tədbirləri təşkil olunacaqdır. Daha ətraflı məlumat və Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı tezliklə
Paylaş:
Tam mətni oxu →