Tam versiya
Ana səhifə EKOLOGİYA “Azərbaycanın milli parklarının tanıtımı” həm ekoturizmin inkişafına, həm də təbiəti mühafizə işinə dəstəkdir
EKOLOGİYA

“Azərbaycanın milli parklarının tanıtımı” həm ekoturizmin inkişafına, həm də təbiəti mühafizə işinə dəstəkdir


İkinci dəfə təşkil olunan  “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri həm ekoturizmin inkişafına, həm də təbiəti mühafizə işinə əhəmiyyətli dəstəkdir
"Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında Dənizkənarı bulvarda növbəti dəfə baş tutan " Azərbaycanın milli parklarının tanıtımı" tədbiri ölkəmizin ekoturizm sektorunun inkişafına, ekoturizm potensialı barədə məlumatlılığın artırılmasına töhfə verdi, bu sahədə yeni fürsətlər və həllər üçün bir platformaya çevrildi. 
Eyni zamanda, belə bir kütləvi tədbirin keçirilməsi  ölkəmizdə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazilərinin mahiyyətinin təbliğinə, təbiət və insan münasibətlərinin həssas müstəvi üzərində qurulmasına, təbiəti mühafizə sisteminin xüsusiyyətlərinin əhaliyə çatdırılmasına, bütövlükdə isə təbiətin bütün guşələrinin qorunmasına diqqətin yönəldilməsi istiqamətində vətəndaşlarla birbaşa dialoqun formalaşmasına şərait yaratdı.  
Ümumiyyətlə, bu dəfə də tanıtım tədbiri vətəndaşların böyük marağı ilə qarşılanıb. 
Qeyd edək ki, bu tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin, “Ekosfera" sosial-ekoloji mərkəzin, Müasir Psixologiya mərkəzinin, “Coca-Cola Azərbaycan”ın  dəstəyi ilə keçirilib.
Xatırladaq ki, bundan əvvəl milli parkların tanıtım sərgisi iyunun 22-də təşkil olunmuşdu. Ekologiya.az
Paylaş:
Tam mətni oxu →