Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiyalar keçirilib - FOTO
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Hacıqabul şəhəri Dədə Qorqud parkının ətrafında, Kürdəmir şəhəri H.Cavid küçəsində, Gəncəçayın Göygöl rayonundan keçən hissəsində, Beyləqan rayonu 1-ci Şahsevən kəndi, Balakən rayonu Qullar kəndi ərazisində, Həkəri çayının Zəngilan rayonundan keçən hissəsində, İmişli rayonunun 6 saylı, Masallı rayonunun Qəriblər, Sabirabad rayonunun Şirvan, Goranboy rayonunun Yeni Ağcakənd, Şabran rayonunun Dənizkənarı, Balakən rayonunun Kortala, Bərdə rayonunun Soltanbud 2 və Qəbələ rayonunun Bum meşə ərazilərində, Şahdağ Milli Parkının Şamaxı bölməsinin ətrafında iməciliklər keçirilib.