Şəhərlərə niyə "yaşıl enerji" lazımdır
Şəhər iqtisadiyyatına yeni texnologiyaların daxil olmasında "yaşıl enerji"yə keçid əsas rol oynayacaq.
Dünyada şəhərlər quru ərazinin çox az hissəsini tutur. Buna baxmayaraq, dünya əhalisinin əksəriyyətini, iqtisadi aktivliyi və enerji istehlakını ehtiva edir.
“Yaşıl enerji” sakinlər üçün əlverişli mühit yaratmağa kömək edir.
Şəhər idarəetməsi və enerji təchizatında qabaqcıl texnologiyaların birləşməsi:
iqtisadi artımı təşviq edəcək, çünki “yaşıl enerji" ənənəvi enerji ilə rəqabətə tab gətirə bilir, yeni iş yerləri yaradır və innovasiyaları təşviq edir;
davamlı, ekoloji cəhətdən məsuliyyətli iqtisadiyyatı dəstəkləyəcək;
insanlar üçün daha sağlam mühit yaratmaqla, onların həyat keyfiyyətini yaxşılaşdıracaq.
Bu üç istiqamət şəhərlərin qarşısında duran əsas məqsədləri təşkil edir.
Onları qarşılamaq üçün enerji öz növbəsində etibarlı, sərfəli və ekoloji cəhətdən təmiz olmalıdır.
Bütün bu ehtiyacları ödəyən iki enerji mənbəyi külək və günəş enerjisidir. Bakı şəhəri də bu mənbələrdən öz payını alıb. Artıq dünyanın bir neçə böyük şəhərində "yaşıl enerji"dən istifadə olunur. Bu şəhərlərin sayı getdikcə artmaqdadır.
Bəzi şəhərlər artıq tamamilə bərpa olunan mənbələrdən enerji istifadəsinə keçiblər.
Şəhər iqtisadiyyatında binalar və nəqliyyat ən çox enerji istehlak edir. Müvafiq olaraq, bərpa olunan mənbələrə keçid evləri mini elektrik stansiyalarına çevirir. Onlar təkcə elektrik enerjisini qəbul etmir, həm də vahid enerji şəbəkəsini təmin edə bilirlər və küçələrdə daha çox elektrik avtomobilləri şütüyür.