Paşinyan Bakıya gəlir xəbərinin əks-sədası-COP29-a qatılacaq?
Əsas dəvətliləri nəzərə alaraq deyə bilərik ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Yaponiyanın Baş naziri Fumio Kişida, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Finlandiya Prezidenti Aleksandr Stubba, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino, Serbiya Prezidenti Aleksandar Vuçiç, İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri, İsveç Baş naziri Ulf Kristersson, Portuqaliya prezidenti Marselo Rebelo de Sousa Bakıya gələcək.
Xatırladaq ki, COP29-la əlaqədar Azərbaycana təqribən 70-80 min xarici qonağın gələcəyi gözlənilir.
“Vaxtilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbiləri işlərini elə qurmuşdular ki, hətta bir-birinə düşmən olan paytaxtlar bizə qarşı birləşmişdilər. Dünyanın dörd tərəfindən üstümüzə gəlirdilər. İndi isə elə vəziyyət yaranıb ki, dünənə qədər ermənilərin ağuşuna sığındıqları qüvvələrin hamısı onlardan bir-birinə zidd gözləntilər içindədirlər. Bunun ən bariz nümunəsi Zəngəzur dəhlizinə münasibətdə özünü büruzə verir. Məsələn, Rusiya onlardan Zəngəzur dəhlizinə nəzarəti istəyir. İran bu dəhlizin açılmaması üçün ən məntiqsiz arqumentlər irəli sürür. ABŞ da, Fransa da, digər ermənipərəst dövlətlər də dəhlizə nəzarətin onlara verilməsini arzulayırlar. Bütün bu ziddiyyətlər istər-istəməz erməniləri beynəlxalq güc mərkəzlərinin poliqonuna çevirir. Belə vəziyyətdə bizim üçün ən uyğun mövqe erməniləri dostları ilə baş-başa buraxmaqdır. Onlara qarşı ən xırda düşmənçilik mövqeyi erməniləri konsolidasiya edə və yenidən xarici tərəfdaşlarını xortlada bilər. Əksinə, biz özümüzü Zəngəzur dəhlizinə ümid bağlamamış, ermənilərlə ədalətli münasibətlər sistemi qurmaqda maraqlı olan tərəf kimi göstərməliyik. Yetər ki, öz çanaqları öz başlarında çatlasın”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
Paylaş:
Tam mətni oxu →