Şəki prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, sentyabrın 14-də Şəki rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib.
Ekologiya.az bildirir ki, tədbirdə prokurorluq əməkdaşları ilə yanaşı, media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.