Tam versiya
Ana səhifə EKOLOGİYA Pərviz Şahbazov 2030-cu ildən etibarən ixrac üçün nəzərdə tutulan “yaşıl” enerjinin həcmini açıqlayıb
EKOLOGİYA

Pərviz Şahbazov 2030-cu ildən etibarən ixrac üçün nəzərdə tutulan “yaşıl” enerjinin həcmini açıqlayıb


Azərbaycanın yaşıl enerji potensialının 70%-dən çoxu 2030-cu ildən ixrac edilə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Enerji keçid dövrü" adlı panel sessiyasında Wind Energy Hamburg konfransında çıxışı zamanı deyib.

Nazir ilkin mərhələdə Avropaya 4 QVt “yaşıl” enerji verəcək “Xəzər-Qara dəniz-Avropa” və Naxçıvandan 1 QVt bərpa olunan enerji ixrac etməklə yanaşı, Xəzər dənizi və Mərkəzi Asiyadan Türkiyə və Avropaya elektrik enerjisinin ötürülməsini təmin edə biləcək “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizi layihələrinin icra vəziyyəti barədə məlumat verib.

Bundan əlavə, o, "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji inkişafı və ötürülməsi sahəsində "Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş"in yaxın vaxtlarda imzalanacağını, eləcə də Xəzər-Qara dəniz-Avropa layihəsi vasitəsilə Mərkəzi Asiyanı birləşdirən "yaşıl" enerji dəhlizinin yaradılması imkanlarının müzakirə olunduğunu qeyd edib.

Paylaş:
Tam mətni oxu →