NDC və LTS hazırlanması üzrə geniş ictimai müzakirələr aparılır
Azərbaycanın Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) hazırlanması üzrə geniş ictimai müzakirələr aparmaqdadır.
Paris Sazişi çərçivəsində bütün tərəf ölkələr, hər beş ildən bir yenilənmiş NDC sənədlərini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməlidir. Bu vacib sənədlər ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə növbəti addımlarını müəyyən etməklə milli prioritetləri və hədəfləri əks etdirəcəkdir.