Digəri isə COP29 və iqlim dəyişikliyi ilə bağlıdır. Azərbaycan rolu və öhdəlikləri, ətraf mühit siyasəti ilə bağlı müzakirələrin mərkəzindədir. Bəzi dairələr, Azərbaycanın bu müzakirələrdəki iştirakını zəiflətmək üçün qara piar kampaniyaları həyata keçirə bilərlər. Həmçinin, Cənubi Qafqazda olan digər ölkələrlə rəqabət, bəzən siyasi və iqtisadi təsirləri artırmaq məqsədilə bu cür kampaniyalara səbəb ola bilər. Bu faktorlar bir araya gələrək Azərbaycanın imicini ləkələmək məqsədilə həyata keçirilən kampaniyaların səbəblərini açıqlaya bilər. Bu cür vəziyyətlərdə, Azərbaycanın öz siyasi və iqtisadi maraqlarını qorumaq üçün strateji cavablar hazırlaması əhəmiyyətlidir”.