Gəncə şəhərində “Azərbaycanın milli parklarının tanıtımı” sərgisi keçiriləcək
Gəncə şəhərində “Azərbaycanın milli parklarının tanıtımı” sərgisi keçiriləcək
Ekologiya.az bildirir ki, bu gün saat 14:00-da Gəncə şəhəri Mərkəzi meydan adlanan ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək.
"Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanacaqlar.