EKOLOGİYA
Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib
Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmədə Bakı şəhəri və regionlar üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub. Gündəlik üzrə müzakirəsi aparılan layihələrin rəy verilmə mərhələsində olduğu qeyd edilib.