Ana səhifə›
EKOLOGİYA
›
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq
EKOLOGİYA
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq
Ekologiya
AMP
Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq.Ekologiya.az xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oktyabrın 10-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində "Ambisiyanın gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı tədbirdə müzakirələr zamanı deyib.Onun sözlərinə görə, indi fəaliyyətə keçmək vaxtıdır: "Azərbaycan beynəlxalq əməkdaşlığı müxtəlif səviyyələrdə təşviq etməyə çalışır. Bizim bununla bağlı üç əsas öhdəliyimiz var. Bunlar ambisiyaların genişlənməsi, şəffaflığın qorunması kimi məsələlərdir".Nazir həmçinin bildirib ki, COP29 çərçivəsində Bakı bəyannaməsi imzalanacaq: "Biz çalışacağıq ki, fəaliyyətimiz iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırsın. Biz öz fəaliyyətimizi genişləndirməliyik. COP29 bizə iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlığı dərinləşdirməyə imkan verir".