COP29 çərçivəsində Şamaxıda görüş təşkil ediləcək-Elşad İskəndərov
Ekologiya.ax xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Pre-COP tədbirində panel iclasında bildirib:
"Eyni zamanda torpaq ehtiyatlarının mühafizəsi üzrə təşəbbüslər təklif etmək istəyirik. BMT-nin bu istiqamətdə mövcud konvensiyası torpaq ehtiyatlarının mühafizəsinin elementlərini özündə birləşdirir. Münaqişələrin səbəb olduğu miqrasiya və bu zaman təbii ehtiyatların insanlar üçün əlçatanlığını təmin etmək üçün təşəbbüslər irəli sürmək niyyətindəyik. Bu çağırışların tərkib hissəsi kimi bütün COP-ların yekununda qəbul olunan sənədlər də Bakıda nəzərdən keçiriləcək. Əsas məqsədimiz xüsusilə də dayanıqlı inkişaf sahəsində effektiv tərəfdaşlığın qurulmasıdır".
Paylaş:
Tam mətni oxu →