EKOLOGİYA
Oktyabr ayının ötən dövrü ərzində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29, minimal temperaturu 10, orta aylıq temperatur isə 19 dərəcə isti qeydə alınıb. Ayın sonuna qədər bu göstəricilərin yenilənməsi istisna edilmir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
“Müqayisə üçün bildirim ki, keçən ilin analoji dövründə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, minimal temperaturu 8, orta aylıq temperatur isə 18 dərəcə isti olub".