Ana səhifə›
EKOLOGİYA
›
COP29 çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının nümayəndələri ilə görüş keçirilib
EKOLOGİYA
COP29 çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının nümayəndələri ilə görüş keçirilib
Ekologiya
AMP
COP29-un nümayəndə heyəti və baş danışıqçısı Yalçın Rəfiyev Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik iclasları çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının nümayəndələri ilə əlaqələndirmə görüşü keçirib.“Report” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.Görüşdə əsas prioritetlərin təşviqi üçün sıx koordinasiyanın vacibliyi müzakirə edilib və noyabrda keçiriləcək COP29-dan əvvəl davam edən əməkdaşlığın müsbət nəticələri vurğulanıb.Qeyd edək ki, bu gün COP29 sədrliyi Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəsmiləri ilə görüşlər keçirib.