Ana səhifə›
EKOLOGİYA
›
Türkiyə COP29-da qərarlarını açıqlayacaq
EKOLOGİYA
Türkiyə COP29-da qərarlarını açıqlayacaq
Ekologiya
AMP
Türkiyə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədər üzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq. Ekologiy.az xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum deyib. O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi” hazırlanacaq:“Bu gün COP29 çərçivəsində müzakirələr və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparacağıq. Təqdim edəcəyimiz “yol xəritəsi” və strategiya Türkiyənin qlobal iqlim dəyişikliyi böhranının həllinə ciddi töhfə olacaq”.