Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti ilə bağlı Nazim Mahmudovdan AÇIQLAMA
28 noyabr tarixində səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilir. Yarımadanın bəzi ərazilərində yağıntılar leysan xarakterli və qısamüddətlidir.
Ekologiya.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.