EKOLOGİYA
DETX və DİN “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirib - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər keçirilib.
Belə ki, "Təmiz hava” aylığı çərçivəsində keçirilən növbəti reydlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Bakı, Sumqayıt, Xızı, Abşeron, Lənkəran, Yardımlı, Astara, Masallı,Cəlilabad, Qazax, Ağstafa,Tovuz, Gədəbəy, Şəmkir, Şirvan, Sabirabad, İmişli, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Saatlı, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı, Qobustan, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab, Mİngəçevir, Kürdəmir, Yevlax, Göyçay, Ucar, Bərdə, Ağdam, Füzuli, Gəncə, Naftalan, Göygöl, Goranboy, Daşkəsən, Samux rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayon və şəhərlərin ərazilərində təşkil edilib.