“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 3 mindən çox Könüllü bir arada
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub.
Ekologiya.az bildirir ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.