“Yaşıl fidanlar” ağacəkmə aksiyası zamanı 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində keçirilən “Yaşıl fidanlar” ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək, iqlim dəyişikliyinin təsirlərini azaltmağa töhfə vermək, gələcək nəsillərə yaşıl mühit miras qoymaqdır.