Tam versiya
Ana səhifə EKOLOGİYA Ölkə ərazisində güclü küləkli hava müşahidə olunur, Ehtiyatlı Olun! - Rəsmi Xəbərdarlıq
EKOLOGİYA

Ölkə ərazisində güclü küləkli hava müşahidə olunur, Ehtiyatlı Olun! - Rəsmi Xəbərdarlıq


Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər  verildiyi kimi, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin  ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib,  bəzi yerlərdə güclü qərb küləyi əsib. 

"Küləyin maksimal sürəti  Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s,  Mingəçevirdə 26 m/s, əksər rayonlarda isə 25 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında isə  24 m/s-yə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o , cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə  yağış yağıb,  dağlıq rayonlara yağan qar nəticəsində  qar  örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub."

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti  dekabrın 25-i gündüzədək davam edəcək. "Güclü külək zamanı  yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,  hündür ağacların altında dayanmamaq tövsiyə olunur.  Ehtiyatlı olun!". Ekologiya.az 
Paylaş:
Tam mətni oxu →