EKOLOGİYA
2024-cü il Azərbaycanda ətraf mühitin qorunması və ekoloji problemlərin həlli istiqamətində bir sıra mühüm tədbirlərlə yadda qalıb. Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti təşkil edir. Ötən ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, dünyanın ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi də bu strategiyanın mühüm tərkib hissəsidir. Bu il Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məqsədilə yoxsul ölkələrin səsini qlobal miqyasda çatdırmaq üçün böyük bir platforma yaratdı. Azərbaycanın ekologiya sahəsində bu kimi tədbirlər həyata keçirməsi iqlim dəyişikliyinə qarşı mübarizəyə böyük töhfə kimi qiymətləndirilə bilər.Azərbaycanın ekoloji siyasətiƏtraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin inkişaf etdirilməsi ekoloji siyasətin əsas istiqamətlərindəndir. Bu istiqamətə həm də təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi də daxildir.Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.Bu gün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar həyata keçirilir.Həmçinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” haqqında qanun qəbul edilib. "Yaşıl enerji"yə gedən yol - hədəflərYaşıl enerji, yəni bərpa olunan və ekoloji cəhətdən təmiz enerji mənbələri yalnız qlobal ekoloji problemlərin həlli üçün deyil, həm də davamlı iqtisadi və sosial inkişaf üçün əsas rol oynayır. Bu, təmiz gələcək üçün ən vacib strategiyalardan biridir.Azərbaycana gəlincə, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı hədəfləyir.Azərbaycan bərpa olunan enerji sahəsində külək və günəş potensialından istifadə edir. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmağı planlaşdırır.Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir. Hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir.Ölkənin şirin su ehtiyatlarının təxminən 25 faizi yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir.Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması Azərbaycanı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirir. Ölkə günəş enerjisi üzrə maraqlı tərəflərlə müqavilələr imzalamağa davam edir.