Dayanıqlı gələcək üçün torpaqları qoruyaq!
Torpaq yer üzərindəki bütün canlılar üçün həyati əhəmiyyət daşıyır. Ekosistemlərin, təbiətin tarazlığının və insanların yaşayış şəraitinin əsasını təşkil edən torpaq, həmçinin qida təhlükəsizliyi, təmiz su mənbələri və bioloji müxtəliflik üçün mühüm rol oynayır. Buna baxmayaraq, quraqlıq, səhralaşma və torpaqların deqradasiyası planetimiz və bəşəriyyət üçün getdikcə artan təhlükəyə çevrilir.