Ana səhifə›
EKOLOGİYA
›
Muxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini və “yaşıl enerji”yə investisiyaları müzakirə edib
EKOLOGİYA
Muxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini və “yaşıl enerji”yə investisiyaları müzakirə edib
Ekologiya
AMP
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim məsələləri üzrə elçisi Adel ibn Əhməd əl-Cubeyrlə görüşüb.Bu barədə Ekologiya.az-a COP29 sədrliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verib.Söhbət zamanı tərəflər Bakıda keçirilmiş COP29-un nəticələrini və hər iki ölkənin bərpa olunan enerjiyə investisiyaların artırılması planlarını müzakirə ediblər.Qeyd edək ki, M.Babayev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Forum bu il yanvarın 20-dən 24-dək davam edəcək.Repoet.az