Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar regionlarda maarifləndirici tədbirlər keçirilib
Uşaqlar arasında ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən Zaqatala rayonun Car kənd 1 nömrəli tam orta məktəbin, Beyləqan rayonu Eyvazalılar kənd tam orta məktəbin, Gəncə şəhəri 41 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, o cümlədən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr ilə maarifləndirici görüşlər keçirilib.