MEŞƏ
SON DƏQİQƏ
Xocalı soyqırımı qurbanlarının xatirəsinə meşə fondu torpaqlarında da ağacəkmə aksiyaları keçirilib - FOTO
26 fevral 2025
18:55
2 464 baxış
Xocalı soyqırımı qurbanlarının xatirəsinə meşə fondu torpaqlarında da ağacəkmə aksiyaları keçirilib.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb.
Gün ərzində Tovuz, Sabirabad, İsmayıllı, Ağcabədi, Göygöl, Masallı, Bərdə və Qəbələ rayonlarının meşə fondu ərazilərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 6130 ədəd palıd, ağcaqayın, Eldar şamı, Şərq çinarı ağacı əkilib. Ekologiya.az




