ETSN-nin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti ağacəkmə aksiyaları təşkil olunub - FOTO
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyaları davam edir.
Növbəti aksiyalar çərçivəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva və icraçı direktoru Yunus Abdulov, assosiasiyaya üzv təşkilatların 250-yə yaxın nümayəndəsi və ekokönüllülər iştirak edib.