Tam versiya
Ana səhifə MEŞƏ Ümumdünya Ətraf mühitin mühafizəsi günü münasibəti ilə Zaqatalada ağacəkmə aksiyası keçirilib - FOTO
MEŞƏ

Ümumdünya Ətraf mühitin mühafizəsi günü münasibəti ilə Zaqatalada ağacəkmə aksiyası keçirilib - FOTO


Bu gün "Konstitusiya və Suverenlik ili " çərçivəsində və  5 iyun Ümumdünya  Ətraf mühitin mühafizəsi günü münasibəti ilə Zaqatala rayon ərazisində ağacəkmə  aksiyası keçirilib.  

Ekologiya.az bildirir ki, aksiyada Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndələri, 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi, 7 saylı Regional  Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Zaqatala rayon Komunal Təsərrüfatı İdarəsinin işçiləri iştirak etmişdilər. Aksiya çərçivəsində 180 ədəd iynəyarpaqlı cinsdən ağaclar əkilmişdir.



Paylaş:
Tam mətni oxu →