Tam versiya
Ana səhifə MEŞƏ Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb
MEŞƏ

Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb


Türkiyənin Bursa ilə Balıkesir vilayətləri sərhədində dünən başlayan meşə yanğınlarına müdaxilə davam edir.

AZƏRTAC xəbər verir ki, qabaqlayıcı tədbirlər çərçivəsində bölgədə iki məhəllə boşaldılıb.

Balıkesir valisi İsmail Ustaoğlu verdiyi açıqlamada yanğına səbəb olduqları iddia edilən 2 nəfərin saxlanıldığını bildirib.

Hazırda həm havadan, həm də qurudan alovla mübarizə davam edir.

Paylaş:
Tam mətni oxu →