Cəlilabadda meşəlik ərazidə güclü yanğın baş verib
Cəlilabad rayonunda meşəlik ərazidə güclü yanğın qeydə alınıb.
Ekologiya.az xəbər verir ki, yanğın rayonun Zopun kəndi ərazisindəki meşə sahəsində baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub. Əraziyə nəzarət gücləndirilib, yanğının ətraf kəndlərə və digər meşə sahələrinə yayılmaması üçün zəruri tədbirlər həyata keçirilir.
Paylaş:
Tam mətni oxu →