Qəbələdə ağacəkmə aksiyasında 450 ting əkilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 25-də Qəbələ rayonunda ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən Ekologiya.az-a bildirilib ki, aksiya zamanı ayrılmış xüsusi ərazidə 450 ədəd ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və könüllülər iştirak ediblər.
Paylaş:
Tam mətni oxu →