MEŞƏ
ETSN və Hesablama Palatası Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib - FOTO
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Hesablama Palatasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eləcə də ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
Ekologiya.az bildirir ki, aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.